29 qeyri-qanuni miqrant xilas edildi, 42 qeyri-qanuni miqrant tutuldubackend

29 qeyri-qanuni miqrant xilas edildi, 42 qeyri-qanuni miqrant tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmirin Seferihisar və Foça rayonları sahillərində 29 nizamsız miqrant xilas edilib, 42 qeyri-qanuni miqrant isə yaxalanıb.

NOCOMMENT.az xəbər verir ki, Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Seferihisar sahillərində rezin qayıqda bir qrup nizamsız miqrant olduğu məlumatından sonra bölgəyə bir Sahil Mühafizə gəmisi göndərilib.

Komandalar Yunan ünsürləri tərəfindən yenidən Türkiyə ərazi sularına itələnərək rezin qayıqlarda olan 29 qeyri-qanuni miqrantı xilas edib.

Foça rayonu sahillərində Sahil Mühafizəsi tərəfindən dayandırılan rezin qayıqda 42 nizamsız miqrant yaxalanıb.

Qeyri-qanuni miqrantlar əməliyyatlarının ardından Vilayət Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.

NOCOMMENT.AZ