“JEK”lərə ödənilən pullar hara gedir?backend

“JEK”lərə ödənilən pullar hara gedir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“JEK”lərin fəaliyyəti hər zaman cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bir çox vətəndaşlar “JEK”lərə ödənişləri gərəksiz hesab edir, ödənişi ödəməkdən imtina edirlər. Bu gün “JEK”lərin də əsas problemlərindən biri məhz elə vətəndaşların ödənişləri ödəməməsidir. Hazırda “JEK”lərdə vətəndaşların illərlə ödəmədiyi gecikmiş ödənişlər mövcuddur. Bəs “JEK”lər yığdıqları ödənişləri hara sərf edir? Bu sual hər bir vətəndaşı maraqlandırır.

NOCOMMENT.az xəbər verir ki, Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, “JEK”lər təsərrüfat hesablı müəssisələrdir.

“Onlar özləri özlərini maliyyələşdirirlər. “JEK”lərin yığdığı vəsaitin bir hissəsi fəaliyyət göstərdikləri ərazinin abadlaşdırlması üçün müəyyən tədbirlərin və xidmətlərin göstərilməsinə yönəldilir, bir hissəsi həmin müəssisələrdə çalışan insanların əməkhaqqına xərclənir.

Yerdə qalan vəsait digər müəyyən məsələlərin həllinə yönəldilir. Açıq demək lazımdır ki, təsərrüfat hesablı “JEK”lər vəsait topladıqda sonra son illərdə onların fəaliyyətində dönüş var. İstər ərazilərin təmizlənməsində, istər yaşıllıqların qorunmasında və yaşıllıqlara xidmət göstərilməsində hiss olunur ki, müəyyən irəliləyişlər var.

Hesab edirəm ki, “JEK”lərin maliyyə imkanlarının artırılması çox vacibdir. Burada müəyyən qədər məsələ vətəndaşların üzərinə düşür ki, onlar göstərilən xidmətlərə görə ödənişləri vaxtında ödəsinlər”, – deyə deputat əlavə edib.