Kadırov vəzifəsindən müvəqqəti getdibackend

Kadırov vəzifəsindən müvəqqəti getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məzuniyyətə çıxıb, onun səlahiyyətlərini vilayət hökumətinin sədri Müslüm Xuçiyev icra edir.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı sərəncam kadırovun saytında dərc edilib.

Sənəddə deyilir: “Mən 2023-cü il iyulun 3-dən illik ödənişli məzuniyyətə gedirəm. Məzuniyyətim müddətində Çeçenistan Respublikasının rəhbəri vəzifəsini Çeçenistan Respublikası Hökumətinin sədri Xuçiyev Müslüm Maqomedoviçə həvalə edirəm”.

Qeyd edək ki, məzuniyyətə 3 iyuldan çıxan Kadırovun sərəncamının 8 iyulda yayılması, eyni zamanda, məzuniyyət müddətinin göstərilməməsi diqqət çəkib. Daha bir qəribə nüans isə müharibə ilə bağlıdır. Ukraynada müharibə getdiyi bir məqamda Kadırovun məzuniyyətə çıxması qəribədir.