Kadırovun Türkiyəni hədələdiyi məsələ ilə bağlı daha bir açıqlamabackend

Kadırovun Türkiyəni hədələdiyi məsələ ilə bağlı daha bir açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu cür hərəkətlər iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Biz Türkiyənin Rusiyanın siqnallarını ciddi qəbul edəcəyini gözləyirik”.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyədə Coxar Dudayevin adını daşıyan parkın açılışına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edərək Türkiyə hakimiyyətinin hərəkətlərinə cavab verilməsini xahiş etmişdi. O həmçinin Türkiyəni PKK lideri Abdullah Öcalanın adının Qroznıda əbədiləşdirilməsi ilə hədələmişdi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələ ilə bağlı açıqlama verərək, Rusiya hökumətinin parka çeçen separatçılarının lideri Cövhər Dudayevin adının verilməsindən narazılığını diplomatik kanallar vasitəsilə Ankaraya çatdırdığını bildirmişdi.