Kalaşnikov: Ermənistanı xilas etdik, amma onlar…backend

Kalaşnikov: Ermənistanı xilas etdik, amma onlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya artıq ikinci dəfədir ki, Ermənistanı və erməniləri xilas edir. Tarixi unutmamalıyıq. Qars müqaviləsi olmasaydı, bu gün Ermənistan bir dövlət olaraq mövcud olmazdı.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Rossiya 1 kanalında yayımlanan “Vladimir Solovyov ilə axşam” verilişində deyib.

Onun sözlərinə görə, 1921-cü ilin Qars müqaviləsi ermənilərin qurtuluşu kimi xatırlanmalıdır: “Həmin dövrdə Türkiyə daşnakları İrəvana qədər qovdu, onları xilas edən isə bolşeviklər oldu. Bunu unutmaq olmaz. Hazırda ermənilərin, ciddi desək, ikinci xilası yetişdi. Ermənistan həm o vaxt, həm də bu dəfə dövlətçiliyin itirilməsi astanasında idi”.

Kalaşnikov Rusiya və Ermənistanın müttəfiqliyinə də toxunub: “Hər dəfə bu studiyada “Ermənistan Rusiyanın müttəfiqidir” tezisini eşidirik. Ermənistan Rusiyanın deyil, əksinə, Rusiya Ermənistanın müttəfiqidir. Gəlin dürüst olaq. İki tərəfin bir-birini qarşılıqlı dəstəkləməsi – müttəfiqlikdir. Bəs Ermənistan Rusiyanın necə müttəfiqidir? Onlar Krımı tanımırlar, ABŞ-ın bakterioloji laboratoriyaları ilə, yəni Sorosla müttəfiqdirlər… Bu siyahı davam etdirilə bilər”.