Avropa ittifaqının xarici işlər və təhlükəsizlik siyasəti ali nümayəndəsi Kaya Kallas Ermənistanla Azərbaycan arasındakı sülh prosesi və regional sabitliyə toxunub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o, bu barədə İrəvanda Avronest Parlament Assambleyasının 12-ci plenar sessiyasının iştirakçılarına müraciətində bildirib.
“Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyirik və regiona davamlı sülhə, firavanlığa və inkişafa nail olmaq üçün açıq dəstək veririk”, – Kallas qeyd edib.
Kallasın sözlərinə görə, davam edən normallaşma prosesi misli görünməmiş iqtisadi imkanlar vəd edir.













