“Kamaz”ı geriyə sürərkən ağır qəza törətdi – Qadın öldübackend

“Kamaz”ı geriyə sürərkən ağır qəza törətdi – Qadın öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 09 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində ağır yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, Tərlan Siracəddinov idarə etdiyi “Kamaz” markalı yük avtomobilini geriyə hərəkət etdirərkən piyada 69 yaşlı Solmaz İsayevanı vurub.

O aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.