Kamil Qarabağda ermənilərə nə etmişdi? – Dostu danışdıbackend

Kamil Qarabağda ermənilərə nə etmişdi? – Dostu danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı xəbər ölkə gündəmini zəbt etdi. Kamilin sərbəst buraxılması onun adı ətrafındakı ajiotaja son qoydu.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a idmançının yaxın dostu, Qarabağ qazisi Kamil Musəvi açqılama verib. Musəvi deyib ki, Moskvada saxlanıldığı təxminən 17-18 saat ərzində Kamil Zeynallı ilə əlaqə saxlamaq mümkün olmayıb:

“Özü ilə birbaşa danışmaq mümkün deyildi, ancaq ətrafdakı dost-tanışlar vasitəsilə məlumat ala bilirdik. Təbii ki, Kamilin vəziyyəti yaxşı ola bilməzdi, haqsız yerə həbs edilmiş insan necə ola bilərdi? Sosial şəbəkələrdə yayılan şəkillərdən də görünürdü ki, çöhrəsində ümidsizlik və ruh düşkünlüyü var. Amma Rusiyada yaşayan dostlar, həmvətənlərimiz sağ olsun, onu tək qoymadılar, dəstəklədilər, dövlətimiz də var olsun ki, lazımi addımları atdı, Kamilin azadlığa çıxması üçün əlindən gələni etdi.

Orada yaşayan azərbaycanlılar tez-tez vəziyyətlə bağlı məlumat almağa çalışırdılar, hətta buradan da Rusiyaya getmək istəyənlər də vardı. Amma buradan getmək istəyən yoldaşlara dedim ki, ehtiyac yoxdur. Dedilər ki, Rusiyada yaşayan qohumlarımızı yönləndirək, amma mən bunun da tərəfdarı deyildim, çünki kütləvilik olanda iş daha da köntöyləşir, daha çox diqqət çəkir. Əgər dövlət işə qarışıbsa, əlavə nə isə etməyə ehtiyac yox idi. Maksimum çalışırdım ki, insanları düzgün formada başa salım və gərginlik yaranmasın. İstəmirdim ki, vəziyyət mürəkkəbləşin”.

K.Musəvi qeyd edib ki, idmançıya qarşı irəli sürülən ittihamlar tamamilə cəfəngiyyat idi:

“Deyirdilər ki, Kamil Zeynallı filan yerdə cinayət törədib. Kamil heç səfərbərlik vaxtı orduya çarılımamışdı, o, könüllü şəkildə özü getmişdi və mülki şəxs kimi kənardan yardımlar edirdi. Belə olan halda Kamil Zeynallı necə orada zorakılıq edə bilərdi?! Yalan, boş və mənasız iddialar idi. Buna görə də onu azad etdilər”.

Sonda dostu cəmiyyətə çağırış edib:

“Kamil professional idmançıdır. O, həmişə humanizmi təbliğ edib. Zəifə gücünü göstərmək Kamilin xarakterinə ziddir. Kamil saxlanılanda insanlar məndən soruşurdu ki, o, Qarabağda ermənilərə nə etmişdi? Bilməyənlər üçün deyirəm: Kamil Qarabağda əsgər və zabitlərimizə mənəvi dayaq olmuşdu, onlara yardım etmişdi. Və günahsız olduğu üçün aradan 1 sutka keçmədən azadlığa çıxdı”.