Kanada Çinin Torontodakı Baş Konsulluğundakı bir diplomatın millət vəkilini təhdid etməyə cəhd etdiyi üçün “persona non qrata” (persona non grata) elan etdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Çin isə bunun müqabilində Kanadanın Şanxay Konsulluğundan bir diplomatı ölkədən çıxaracağını bildirib.
Xarici işlər naziri Melanie Coli verdiyi açıqlamada ölkənin daxili işlərinə heç bir müdaxilənin qəbuledilməz olduğunu, Kanadada olan diplomatlara bu cür davranışa əl atacaqları təqdirdə geri göndəriləcəkləri barədə xəbərdarlıq edildiyini bildirib.
Çin Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə Kanada bunun müqabilində Şanxay Konsulluğundakı diplomatı ölkədən çıxaracağını söyləyib. Açıqlamada kanadalı diplomat Cennifer Lin Lalondedən mayın 13-dək Çini tərk etməsinin istəndiyi bildirilib.
NOCOMMENT.AZ