Kanada və Çin hərbi gəmiləri üz-üzə gəlibbackend

Kanada və Çin hərbi gəmiləri üz-üzə gəlib  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın HMCS Ottawa döyüş gəmisi Cənubi Çin dənizində Çinin iddia etdiyi müttəfiq ərazisində Çin hərbi gəmisi ilə toqquşub. İki gəmi arasında baş verən insidentdə Çin gəmisi Kanada gəmisinə yaxınlaşaraq kəşfiyyat məqsədi ilə görüntülərin çəkilməsinə mane olub.

NOCOMMENT.az xəbər verir ki, Kanada hərbi gəmisi HMCS Ottawa və digər gəmiləri  Cənubi Çin dənizində Çinin iddia etdiyi mübahisəli ərazidə Çinə məxsus Luyang döyüş gəmisi ilə qarşılaşıb. Luyangın HMCS Ottawa-ya çox yaxın olduğu, Kanada gəmisindəki səlahiyyətlinin isə kəşfiyyat məqsədi ilə Çin gəmisinin görüntülənməsini əmr etdiyi bildirilib.

Təlimdə iştirak edən ABŞ gəmisinin Luyanqla əlaqə saxlayıb gəminin olduğu bölgəyə irəliləyəcəyini bildirməsindən sonra Çin döyüş gəmisi yerini digər gəmilərə verib.

Qeyd edək ki, bu adı çəkilən gəmilərin qısa müddətdə üçüncü qarşılaşmasıdır.