Dünən KATV internet provayderində nasazlıq müşahidə olunub.
NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən KATV-nin mətbuat katibi Pərvin Sadıqov deyib ki, hazırda problem aradan qaldırılıb.
O qeyd edib ki, internetin kəsilməsi abunəçilərdə fərqli saat aralıqlarında müşahidə olunub: “Modemlərin yenidən yüklənməsi həyata keçirilib, lakin texniki problem yaranıb. Heç kimin qəsdən interneti kəsmək kimi niyyəti yoxdur”.
P.Sadıqov hazırda problemin araşdırıldığını bildirib.