Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçatryan rəsmi səfərlə Tbilisiyə gəlib və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.
NOCOMMENT.az xəbərinə görə, Kavelaşvili bildirib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır.
O, ölkəsinin Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasını qətiyyətlə dəstəklədiyini və lazım gələrsə, bu prosesə töhfə verməyə davam etməyə hazır olduğunu vurğulayıb.













