Kaxovka NATO-Ukrayna komissiyasında müzakirə olunacaqbackend

Kaxovka NATO-Ukrayna komissiyasında müzakirə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə NATO-Ukrayna Komissiyasının iclası keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, NATO-ya üzv ölkələrin səfirlərinin də qatılacağı toplantıda Ukraynada baş verənlər və Kaxovka bəndinin vurulması müzakirə olunacaq.

Məlumata görə NATO-nun baş katibi Stoltenberqin sədrliyi ilə keçiriləcək iclasda Ukraynanın xarici işlər naziri Dmitro Kuleba videokonfrans vasitəsilə iştirak edəcək.

Stoltenberq sosial media hesabından verdiyi açıqlamada Kuleba ilə bəndin vurulması ilə bağlı danışdığını, bəndin çökməsi səbəbindən minlərlə insanın evlərini tərk etdiyini və Ukraynanın ekoloji fəlakətlə üzləşdiyini bildirib.

NOCOMMENT.AZ