Keçmiş baş nazir: “Qərb məhvə məhkum olacaq”backend

Keçmiş baş nazir: “Qərb məhvə məhkum olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bir çox ölkələrində solçu radikallar hakimiyyətə gəliblər və mühafizəkarlar təşəbbüsü onlardan ələ keçirməsələr, o zaman “Qərb məhvə məhkum olacaq”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Amerikanın Fox News telekanalına müsahibəsində Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass deyib.

“Mühafizəkarlar yenidən qalib gəlməsə və solun ələ keçirdiyi qurumlara meydan oxumağa hazır olmasaq, Qərb məhvə məhkumdur”, deyə keçmiş baş nazir bildirib.

Keçmiş nazirin sözlərinə görə, ultra solçular çox uzun müddətdir hakimiyyətdədir və bu vəziyyətin nəticələri “çox açıqdır”. Məsələn, Fələstinə dəstək aksiyaları və bütün dünyada baş verən qeyri-qanuni miqrantlarla bağlı problemlər bunun nəticəsidir. Mühafizəkarların hakimiyyətdə olduğu Böyük Britaniyada belə, digər ölkələrdən qeyri-qanuni mühacirlərin deportasiyasını çətinləşdirmək üçün “sollar məhkəmələrdən uğurla istifadə edir”.

“Biz solun zərərli ideyaları ilə mübarizə aparmalıyıq”, – deyə Lizz Trass fikrini yekunlaşdırıb.