Keçmiş deputat sabiq nazirləri HƏDƏFƏ ALDI: “Hektarlarla ərazini restoranlara, tikinti şirkətlərinə hədiyyə ediblər”backend

Keçmiş deputat sabiq nazirləri HƏDƏFƏ ALDI: “Hektarlarla ərazini restoranlara, tikinti şirkətlərinə hədiyyə ediblər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər Mədəniyyət nazirliyinin fəaliyyəti kəskin tənqid olunur. Mədəniyyət sahəsində saysız-hesabsız problemləri kim yaradıb? Əlbəttə ki, Polad Bülbüloğlu və Əbülfəz Qarayev. Polad əkə Kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə hədiyyə etdi. Bülbülün oğlu “Kinoprokat” kimi böyük bir strukturu ləğv etdi”.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, bu fikirləri sabiq deputat Etibar Əliyev öz sosial şəbəkə hesabında səsləndirib:

“Əli Həsənov ət işi ilə məşğul olan kirvəsini “Azərkitab”a rəhbər təyin etdirdikdən sonra bu barbarın əli ilə kitab mağazaları və kitabxanalar ləğv olundu. Sovetlərdən qalma böyük kitab mağazalarının və kitabxanaların yerləri satıldı. Əbülfəz Qarayev Ümummulli liderimiz Heydər Əliyevin yaratdığı Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunun yerini satdı, İndi onun yerində “Kimyəvi təmizləmə” fəaliyyət göstəir. “Azərxalça” ASC”-nin keçmiş rəhbəri Vidadi Muradov oranı korrupsiya məkanına çevirdi. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun barbarlığı mədəniyyətə böyük zərbə vurdu. Kinoteatrların nəhəng məkanları satıldı. Bütün bunları yerinə qaytarmaq çox çətindir”.

Etibar Əliyev bildirib ki, Adil Kərimliyə isə göz açmağa imkan vermirlər.

“Müğənni tayfası qabağa düşüb. Bütün müğənilər Mədəniyyət nazirliyinin düzənlədiyi tədbirlərə dəvət olunsa, Tofiq Bəhramov adına stadionda belə yer qalmaz. İndiki Mədəniyyət naziri cəmiyyətə açıq olmalıdır. Fərqli təfəkkür tərzi nümayiş etdirməlidir. Mədəniyyət son dərəcə əhəmiyyətli əlamət və cəhətləri ilə seçilən bir sahədir. Mədəniyyətin məqsədi milli özünəməxsusluq və orijinallıq, təkrarolunmazlıq və unikallıq (nadirlik), dəyişkənlik və yenilik, tənqidi və yaradıcılıq başlanğıcları, özlüyündə dəyərlilik, yüksək ideallara can atmaqdır. Bizdə kimsə özünü yaxşı aparmayanda deyirik ki, “mədəniyyətin olsun!”. “Təhsilin olsun!” demirik, Polad əkə”, – o vurğulayıb.