Keçmiş məhkum cəzaçəkmə müəssisəsində baş verən özbaşınalıqlardan danışdı – VİDEObackend

Keçmiş məhkum cəzaçəkmə müəssisəsində baş verən özbaşınalıqlardan danışdıVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsindəki özbaşınalıqlar barədə NOCOMMENT.az-a danışan keçmiş məhkum Siyəzən rayon sakini Quliyev Ruslan Məmməd oğlu bu həqiqətlərin ölkə başçısına yetişməsini istəyir.

“14 saylı cəzçəkmə müəssisəsi Amerikanın məşhur Quantanama həbsxanasıdır. Orda baş verən özbaşınalıqlar etdiyi cinayətdən asılı olmayaraq insanlığa qarşı törədilmiş ən böyük ədalətsizlik və cinayətdir. Bir insan o müəssisədə yaşananları həqiqətən haqq etməsi üçün hansı cinayəti etməldir, bilmirəm. Düşünəndə ağlım başımdan çıxır. Müharibədə əsir alınan düşmən əsirləri ilə heç elə rəftar etmirlər”, – deyə keçmiş məhkum bildirib.

Ruslan Quliyev 2018-ci ildə cəzasını çəkdiyi Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində şahidi olduğu işgəncə və digər özbaşınalıq faktları barədə dəfələrlə Ədliyyə Nazirliyinə müraciət edib. Amma etdiyi müraciətlərin heç bir faydası olmayıb. Hər dəfə şikayət edəndə ona qarşı müxtəlif cəza tədbirləri həyata keçirilib. Daha sonra o, şikayət etməkdən vaz keçib.

“5 məhbus etiraz olaraq damarlarını kəsdi. Amma onları qanunsuz əməlləri ilə intihar həddinə çatdıran şəxslər barədə heç bir tədbir görülmədi”.

2018-ci ildə 17 saylı cəzaçəkmə müəssisəsindən 14 saylı müəssisəyə xidmətə təyin olunan ədliyyə polkovnik-leytenantı Namiq Qocayevin təyinatından sonra cəzaçəkmə müəssisəsində işlər bir qədər də gərginləşdi. Dövlətin məhbuslar üçün ayırdığı azuqələrin bəziləri yemək menyusundan çıxarıldı. Həmin məhsullar müəssisədə olan kafedə pulla satılırdı. Digər zəruri məişət əşyaları isə, ümumiyyətlə, verilmirdi. Onları məhbusların ailə üzvləri və yaxınları gətirirdi.

Cəzacəkmə müəssisəsində olan hamam bağlanmışdı. Çimmək istəyən hər məhbusdan 30 dəqiqəsi üçün 1 manat pul tələb olunurdu. Bundan başqa müəssisədə telefonla danışmaq da ödənişli idi.

Xəstəxanaya getmək üçün həkimə 30-50 manat arasında pul vermək lazım idi.

Keçmiş məhbusun NOCOMMENT.az-a verdiyi video müraciəti sizə təqdim edirik.

Cəlal Fərzəliyev,
bölgə müxbiri