Keçmiş nazirə 19 il yarım həbs istəndibackend

Keçmiş nazirə 19 il yarım həbs istəndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət ittihamçısı Moskvanın Preobrajenski Məhkəməsindən cinayət birliyi yaratmaqda təqsirləndirilən Rusiya Federasiyasının Açıq Hökumət üzrə keçmiş naziri Mixail Abızovu 19,5 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməyi xahiş edir. 

NOCOMMENT.az TASS-a istinadla xəbər verir ki, müxbirinin məhkəmə zalından verdiyi məlumata görə, prokuror həmçinin keçmiş nazirin 470 milyon rubl məbləğində cərimələnməsini xahiş edir.

“Sizdən xahiş edirəm ki, Abızovu təqsirli biləsiniz və cinayətlərin məcmusuna əsaslanaraq, ona 19 il yarım müddətinə ciddi rejimli koloniyada cəza çəkəsiniz. Bundan əlavə, ona 470 milyon rubl məbləğində cərimə tətbiq etməyinizi xahiş edirəm“.

Bundan başqa, dövlət ittihamçısı onun “Dostluq” ordeni ilə məhrum edilməsini və beş il müddətinə inzibati funksiyaların icrasına qadağa qoyulmasını xahiş edir. Baş Prokurorluq həmçinin məhkəmədən zərərçəkmiş tərəfin iddiasını tam təmin etməyi – bütün təqsirləndirilən şəxslərdən birgə və ayrılıqda 1,5 milyard rubl tələb edib.