Sabiq nazir yol qəzası keçirdi – FOTObackend

Sabiq nazir yol qəzası keçirdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Muğla şəhərində keçmiş iqtisadiyyat naziri Nihat Zeybekci yol qəzası keçirib.

NOCOMMENT.az xəbər verir ki, Muğladan Dənizliyə gedən Zeybekcinin olduğu “20-AGZ-623” nömrəli pikap Gölcükdə yoldan çıxaraq aşıb.

Məlumata görə, aşan pikapdan Zeybekçi və yanındakı şəxs xəsarətlərlə çıxarılıb.

Yaralılar qəza yerinə gələn sağlamlıq qrupları tərəfindən Muğla Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Həkimin açıqlamasına görə, sabiq nazirin sağlamlıq durumu yaxşıdır: 

“Cənab nazirin səhhətinin vəziyyəti çox yaxşıdır. Heç bir problem yoxdur. Müşahidə məqsədi ilə onu izləyəcəyik. Bu gün onu xəstəxanamızda qəbul etməyə çalışacağıq”.

NOCOMMENT.az