Keçmiş rektor FETÖ istintaqında HƏBS EDİLDİbackend

Keçmiş rektor FETÖ istintaqında HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FETÖ istintaqı çərçivəsində Ege Universitetinin keçmiş rektoru Prof. Dr. Mustafa Cüneyt Hoşcoşkun həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, o, 2017-ci ildən istintaq çərçivəsində axtarışdadır.

İyulun 3-də müalicə üçün getdiyi Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasında saxlanılan sabiq rektor Mustafa Cüneyt Hoşcoşkun təxminən 2 həftə müalicə alıb.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Hoşcoşkun dövlət ittihamçısı tərəfindən dindirilib. Dövlət ittihamçısı Hoşcoşkunun təsirli peşmançılıq çərçivəsində ifadələrinin yetərli sayılmadığı və 2017-ci ildən bəri qaçdığı üçün həbs edilməsi tələbi ilə Sülh Məhkəməsinə göndərib.

Hakim yenidən ifadəsini aldığı Hoşcoşkunun ” FETÖ silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə həbsinə də qərar verib .