Dünən FETÖ-yə görə tutulanlarla bağlı qərar verildibackend

Dünən FETÖ-yə görə tutulanlarla bağlı qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev məhkəmə qarşısına çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onların hər biri Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilirlər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən Ruslan Əliyev Bakı Mühəndislik Universitetinin müəllimidir.