Keçmiş vitse-prezident: Tramp haqqında ittiham biabırçılıqdırbackend

Keçmiş vitse-prezident: Tramp haqqında ittiham biabırçılıqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens Nyu-York Böyük Münsiflər Heyətinin keçmiş prezident Donald Trampı “sus payı” istintaqının bir hissəsi kimi ittiham etməsinin ədliyyə sistemi üçün “rüsvayçılıq” olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, “CNN”-nin xəbərinə görə, Pens Trampa qarşı irəli sürülən ittihamların götürülməsinə baxmayaraq, Manhetten vəkili Alvin Braqın hələ də bu işi təqib etməsinin yanlış olduğunu qeyd edib.

Nyu-York Məhkəməsinin Böyük Münsiflər Heyətinin Trampın nikahdankənar cinsi əlaqədə olduğu iddia edilən kino ulduzu Stormi Danielsə 130 min dollar “sus payı” ödəməsi ilə bağlı ittihamına gəlincə isə Pens “Düşünürəm ki, bu, ədalətə və qanun qarşısında bərabər rəftara inanan Amerika xalqının böyük əksəriyyətinin fikrinə ziddir” dedi.

NOCOMMENT.AZ