Kənan Mahmudovdan qalmaqallı paylaşım – Həbs oluna bilər…backend

Kənan Mahmudovdan qalmaqallı paylaşım – Həbs oluna bilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Yazdığım tənqidi yazıya görə məni təhdid edən, üstəlik, ən ağır formada ailəmi, namusumu ictimai formada söyən Kənan Mahmudovun həbs olunmasını istəmirəm. İstəmirəm ki, onun düşüncəsiz bir hərəkətinə, mahiyyətini başa düşmədiyi səhvinə görə anası, iki qızı, ümumilikdə ailəsi hansısa formada əziyyət çəkin, utansın. Buna görə də onu polisə şikayət etmək niyyətim yoxdur”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri yazıçı Orxan Saffari bildirib.
O, həmçinin qeyd edib:
“Fəqət özünü mədəniyyət adamı hesab edən bir adamın başqa bir mədəniyyət adamına, tənqidi və azad fikir bildirən yazıçıya bu formada cavab verməsi yerdə qalmayacaq. Görünür, Kənan MM düşünür ki, heç kim ona heç nə deyə bilməz, o isə əvəzində istədiyi adamı da məhz istədiyi formada təhqir və təhdid edə bilər. Xülasə, Kənan Mahmudov adlı istedadsız hesab etdiyim rejissor və aktyoru xüsusi ittiham qaydasına məhkəməyə verirəm”.
Orxan Saffarinin iddiası bunlardan ibarətdir:
“İddiam onu rəsmi şəkildə üzr istəməsi və təzminat davası olacaq. Məhkəmə təzminatı təmin etdiyi halda, həmin məbləği Kənandan fərqli olaraq həqiqətən də istedadlı gənc rejissor dostlarımızdan birinə məhz iş görməsi, çəkməsi üçün hədiyyə edəcəm. Kənanın özünün istedadı buna yetməsə də, etdiyi hegemonluğun cəzası başqa bir istedadlı adama qismət olsun”.
Qeyd edək ki, “Kənan M.M.” kimi tanınan Kənan Mahmudovun yazar Orxan Saffariyə qarşı sosial şəbəkədə etdiyi paylaşım geniş müzakirələrə səbəb olub.
Hüquqi baxımdan qeyd olunur ki, şərəf və ləyaqətin alçaldılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir), bilə-bilə yalan məlumat yayılması isə 147-ci maddə (böhtan) üzrə məsuliyyət yarada bilər. Əgər paylaşımlarda öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə məzmunu mövcuddursa, bu hal 134-cü maddə ilə qiymətləndirilə bilər.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparacağı gözlənilir. Sosial şəbəkədə edilən paylaşımların da hüquqi məsuliyyət doğurduğu vurğulanır.
Onun paylaşımın təqdim edirik:
Bakupost.az
(Gununsesi.info)