Kənan MM-dən nazirliyə müraciət: Böyrəyimi satırambackend

Kənan MM-dən nazirliyə müraciət: Böyrəyimi satıram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkə vasitəsilə Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb, film çəkmək üçün böyrəyini satdığını bildirib.

“Hörmətli Mədəniyyət Nazirliyi, böyrəyimi satıram. Film çəkəcəyəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orada birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”, – deyə Kənan MM qeyd edib.