KoronaVirus İnformasiya Portalı
Kərəm Həsənovun bacısından milyon oğurlanmasına MÜNASİBƏT – Oğrudan oğruya halaldırbackend

Kərəm Həsənovun bacısından milyon oğurlanmasına MÜNASİBƏT – Oğrudan oğruya halaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı Reyhan Ağarzayeva bir müddət əvvəl dələduzluğun qurbanı olub. Belə ki, o, özünü Maya kimi təqdim edən falçı Şəfəq İsmiyeva və onun həyat yoldaşı Ceyhun Zeynallıya qızının bəxtini açdırmaq üçün 1 milyon manat verib, daha sonra isə aldadıldığının fərqinə varıb. Nəticədə hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4. maddəsi ilə ittiham verilib.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a açıqlama verən yazıçı Seyran Səxavət qeyd edib ki, falçıya meyil etmək, onun fikrini bilmək i o vaxt zərurət yaradır ki, insan bütün cəmiyyətə, qohum-əqrəbaya, dost-tanışa inamını itirir: “Bu təkcə Kərəm Həsənovun bacısına aid deyil. Hətta insan Allaha da inamını itirir ki, falçıya üz tutur. Bunun geniş izahı yoxdur.

Mən həmişə düşündüyümü demişəm. Harada yazılıb ki, bu xanım ziyalı bacısıdır? Bizim cəmiyyət ziyalının kim olduğunu tam seçə bilmir. Bizdə universitet qurtarana ziyalı deyilir. Lap tutaq ki, bu şəxs ziyalıdır, məgər o, bacısına cavabdehdir? Bacısı gedib bir milyon manatı falçıya verib, bəs falçı bunu yarıdıb?

Oğrudan oğruya halaldır. Deyə bilmərəm ki, o xanım oğrudur, amma hər halda falçıya halaldır. Mən ona halallıq verirəm, yaxşı eləyib”.

Seyran Səxavət vurğulayıb ki, əgər falçı bütün xalqı da aldatsaydı, yenə də ona halallıq verərdi: “Mən bunu xalqa nifrət etdiyimə görə yox, bu xalqı sevdiyimə görə belə edərdim… Axı dünyanın hansı vaxtıdır ki, bunlar falçıya üz tuturlar?! Bütün dünyada falçı statusu çoxdan ləğv olunub, çünki artıq XXI əsrdir. Azərbaycanda yəqin ki, başqa falçılar da var. Mən Azərbaycandakı falçılara bu cür adamları aldadıb pullarını almaq yolunda böyük uğurlar arzulayıram”.