Kim Çen In KXDR-in ən yeni tankını sınaqdan keçiribbackend

Kim Çen In KXDR-in ən yeni tankını sınaqdan keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In ölkə ordusunun ən yeni tankının sınaqlarında iştirak edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə KCNA xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, Şimali Koreya lideri Kim Çen In Şimali Koreya ordusunun ən yeni tankını şəxsən yoxlayıb və gördüklərindən çox razı qalıb.

“Tank ekipajlarını nəzərdən keçirdikdən sonra yoldaş Kim Çen In şəxsən yeni tipli döyüş tankına əyləşdi və sükanı möhkəm tutaraq tankı idarə etdi”, – KCNA nəşri bildirib.

O, texnikanı “dünyanın ən güclü tankı” adlandırıb və onun döyüş effektivliyini, zərbə gücünü və manevr qabiliyyətini yüksək qiymətləndirib.