Kim Çen yeni raketlərin sınağını izlədibackend

Kim Çen yeni raketlərin sınağını izlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya yeni özünüidarəetmə naviqasiya sistemi ilə taktiki ballistik raketin eksperimental buraxılışını həyata keçirib.

NOCOMMENT.az xəbər verir ki, “Koreyanın səsi” radiosunun məlumatında deyilir ki, ölkənin Raket İstehsalı Baş İdarəsi Şərq dənizində yeni özünüidarəetmə naviqasiya sisteminin tətbiq olunduğu taktiki ballistik raketin eksperimental buraxılışını reallaşdırıb.

Şimali Koreya lideri Kim Çen Inın iştirak etdiyi sınaqlar mayın 17-də baş tutub.

Hərbçilər Vonsan şəhərinin ətrafından bir neçə qısa mənzilli raket buraxıblar.  Raketlər təxminən 300 km uçub və Yaponiya dənizinə düşüb.

Qeyd edək ki, bundan əvvəl “Yonhap” agentliyi Şimali Koreyanın Yapon dənizinə ballistik raket atdığını bildirib.