Kimlər Ərdoğandan Mənsimovun azadlığa çıxmasını xahiş edib? – FOTObackend

Kimlər Ərdoğandan Mənsimovun azadlığa çıxmasını xahiş edib? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa çıxması ilə bağlı sensassion fakt üzə çıxıb.

NOCOMMENT.az bildirir ki, Oxu24.com-a Türkiyədə olan mənbələrdən daxil olan özəl məlumata görə Mübariz Mənsimovun azadlığa buraxılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin böyük rolu olub.

Belə ki, Bütün Qafqazın Şeyxi H.A.Paşazadə iş adamı Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana məktub yazıbmış. Etibarlı mənbənin verdiyi məlumata görə, Şeyxin Ərdoğana yazdığı məktubda onun azadlığa buraxılmasını xahiş etməsi əks olunub.

“Mübariz Mənsimovun atasının ağır xəstə olmasını,anasının ahıl yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, Zati-ailələrinizin ali mərhəmətinə güvənərək rica edirik ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”, deyə Şeyxülislam Hacı Allahşükür Paşazadə Ərdoğana yazdığı məktubda qeyd edib.

Türkiyədə olan etibarlı mənbənin Oxu24.com saytına verdiyi məlumata görə, qeyd olunan məktubdan sonra Mübariz Mənsimov azadlığa buraxılıb. Mənbənin bildirdiyinə görə, Mübariz Mənsimovun azadlığa buraxılmasında Şeyxin Ərdoğanın yanında xüsusi nüfuza və hörmətə sahib olmasının mühüm rolu olub.

Qeyd edək ki, sözügedən məktubu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.

Mənbə sözügedən məktubu saya təqdim edib: