Kişilərin porno saytlara baxmasında bir nömrəli günahkar həyat yoldaşlarıdır – Psixoloqbackend

Kişilərin porno saytlara baxmasında bir nömrəli günahkar həyat yoldaşlarıdır – Psixoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün “Metrix.az” saytı 2021-2022-ci illərdə “Google”da ən çox axtarılanların siyahısını dərc edib.

Siyahıya əsasən, göstərilən dövrdə ölkəmizdə ən çox axtarılan porno saytları olub. Axtarışda ikinci yerdə isə “Google”un pulsuz tərcümə sistemi “Google Translate” dayanır.

Ən çox porno saytların axtarılmasına səbəb nədir?

Bunu seksual aclıq kimi qiymətləndirmək olarmı?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı “Dərya” Psixologiya Mərkəzinin direktoru, psixoloq Gülnar Orucova Yenisabah.az-a açıqlamasında deyib ki, buan səbəb Azərbaycan kişilərində seksual aclığın olması faktorudur.

Psixoloqun sözlərinə görə, bizim ailələrin intim münasibətlərində bir kasadlıq var:

“Bugünkü gündə nəinki “Google”da axtarılan porno saytlar – hansı ki, mən onları qoyuram bir kənara – eləcə də bu gün xəyanət edən, boşanan insanları sayı nə qədərdir. Gəlin, bunlara baxaq. Bu gün boşanmaların sayı isə kim nə deyir-desin, 90% xəyanət motivlidir. Bu gün desəm ki, xəyanət etməyən kişi yoxdur, vallah, yanılmaram. Hər kəs ailəsi ola-ola xəyanət edə bilir. Amma əvvəllər bunu etmək bir risk və ailənin dağılmasını gözə almaq idi. Lakin bugünkü gündə hər kəs istəyir ki, sevgilisi olsun. Niyə bunu istəyir axı kişilər? Qadınlar yox, xüsusilə də kişilər istəyir ki, onun həyat yoldaşından əlavə sevgilisi də olsun. Bəziləri isə eyni anda bir yox, bir neçəsi ilə münasibət qurur”.

Azərbaycan kişisi cinsəl olaraq acdır söyləyən G.Oruvoca onu da əlavə edib ki, o aclığı da onlara verən həyat yoldaşlarıdır:

“Bu gün bizim bəzi milli-mental dəyərlərimiz var ki, intim həyatımızla üst-üstə düşmür. Milli mental dəyərlər bəs nə deyir? Xanımınla bu cür yaşaya bilmərəm, ayıbdır, bunu xanımıma etmək ayıbdır, bu mənim həyat yoldaşımdır və s. Amma bunları etmək üçün mən sevgili tapmalıyam. İnsan porno sayta baxır və sizcə, baxdığı kimi də qalır? Yox. Porno saytda gördüyünü təsəvvür edir, fantaziya qurur və fantaziyanı həyata keçirmək üçün başlayır özünə ov axtarmağa və bu ovun da adı sevgilidir.

O fantaziyaları həyata keçirən insanı həyatına salır və başlayır onunla istədiyi kimi yaşamağa. Bəzən bundan sonra da məhz onunla olan cinsəl həyat kişini qane edir deyə kişi bəzən öz ailəsini, uşaqlarını atır, onunla bərabər olur, onun bütün təminatını ödəyir və s. Yəni bu kimi hallarla rastlaşırıq”.

Müsahibimiz deyir ki, bugünkü gündə məhz kişilərin porno saytların baxmasının bir nömrəli günahkarı qadınlardır:

“Qadın öz həyat yoldaşı ilə istədiyi kimi intim mövzularda danışa bilsə, onun istəklərini həyata keçirsə, onun həyat yoldaşı porno sayt axtarmaz, pornosaytlarda başqalarının cinsəl həyatına baxmaz, onunla maraqlanmaz. Bugünkü gündə kişilərin sevgili tapmasında, qadınlara xəyanət etməsində, porno saytlara baxmasında bir nömrəli günahkar həyat yoldaşlarıdır. Günahı isə öz həyat yoldaşlarında axtarmalıdırlar”.

O, iddia edib ki, bəzən qadınlarda da bu, olur:

“Öz həyat yoldaşına deyə bilmədiyini başqa bir kişi ilə yaşayır. Biz pərdəni elə yerdə götürürük ki, o yerdə pərdənin götürülməməsi lazımdır. Amma pərdəni lazım olan yerdə götürə bilmirik. Onu lazım olan yerdə götürmək lazımdır ki, həyat yoldaşımız bizə yalnız uşaqlarının anası, yaxud evin işlərini görən bi qulluqçu kimi baxmasın. Həyat yoldaşımız bizə bir qadın kimi baxsın, bizə cinsəl olaraq bağlansın, bizi istəsin. Yoxsa bəzi qadınlar seksə o qədər məhdudiyət qoyur ki, sanki borcudur deyə onunla yatağa girir. Bəlkə borcu olmasa, inandırım sizi bəlkə də onunla yatağa girməz”.

“Bəzən də qadınlarımız baxımsız olurlar, xüsusilə də evdar qadınlar özlərinə baxmır. Kişilər isə baxımlı qadını sevir, gözəlliyi sevir. Qadın qulağı ilə sevir və eybəcər bir kişini də sevə bilər, amma kişi heç vaxt eybəcər bir qadını sevə bilməz. Kişilər baxımlı, idmana gedən, qidasına nəzarət edən, saçını boyayan, manikür-pedikürlü, nazlı-qəmzəli, hay-küy salmayan, münasibətdə stress yaşatmayan, davamlı xoş söz söyləyən xanımları sevir. Bunları da nəzərə alaraq xanımlar bu tələbatlara cavab vernəlidirlər ki, onların həyat yoldaşları porno saytlara baxmasın, sevgili axtarmasın, ova çıxmasın”, – deyə həmsöhbətimiz yekunlaşdırıb.