Müəllimə şok ittiham: Uşaq pornoqrafiyasına görə həbs edildibackend

Müəllimə şok ittiham: Uşaq pornoqrafiyasına görə həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Samsun şəhərində yerləşən Ondokuz Mayıs Universitetinin (OMÜ) müəllimi “uşaq pornoqrafiyası” ittihamı ilə yaxalanıb.

NOCOMMENT.az xəbər verir ki, Samsun Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində OMÜ Təhsil fakültəsinin müəllimi, 62 yaşlı A.S. ilə yanaşı daha 3 nəfər saxlanılıb.

Məlumata görə, şübhəlilərlə birlikdə uşaq pornoqrafiyası görüntüləri ələ keçirilib. Nəzarətə alınan 4 nəfər polisdəki əməliyyatların ardından bu gün Samsun Ədliyyəsinə gətirilib. 4 şübhəli barəsində həbs qətimkan tədbiri seçilərək istintaqı aparan prokuror tərəfindən növbətçi məhkəməyə sövq edilib. Növbətçi məhkəməyə ifadə verən A.S.-a elektrikli qandal taxılaraq ev dustaqlığı, digər 3 nəfərə isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

NOCOMMENT.az