KİV: Paşinyanla kilsə arasında əlaqə kəsildibackend

KİV: Paşinyanla kilsə arasında əlaqə kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük müharibədən sonra ermənilərin katolikosu II Qaregin hakimiyyəti açıq şəkildə tənqid etməyə başlayanda Ermənistanın Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında əlaqə geri dönməz şəkildə kəsildi.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə Ermənsitanın “Hraparak” qəzeti yazıb.

“Bu il o, II Qaregini avqustun 21-də doğum günü münasibəti ilə təbrik etmədi. Hakimiyyətin nəzarətində olan KİV-ə və hətta Ermənistanın İctimai Televiziyasına da katolikosun fəaliyyətini işıqlandırmamaq tapşırıldı. Paşinyan dövlət institutlarının roluna yalnız şəxsi maraqlar prizmasından baxır”, – deyə qəzet qeyd edib.