Kiyevi, Xarkovu və Odessanı ələ keçirəcəyik – Kadırovbackend

Kiyevi, Xarkovu və Odessanı ələ keçirəcəyik – Kadırov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilin sonuna kimi Ukraynadakı məqsədlərinə çatacaq.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov “Rossiya-1” kanalına müsahibəsində deyib.

O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqların düzgün olmadığını bildirib. Kadırov Rusiyanın Kiyevi, Ukraynanın ikinci böyük şəhəri olan Xarkovu və Qara dəniz sahilində yerləşən Odessanı ələ keçirəcəyini qeyd edib.

“İnanıram ki, ilin sonuna kimi biz bu gün qarşımıza qoyulan vəzifəni 100% yerinə yetirəcəyik”, – Kadırov bildirib.