Kobaxidze: Saakaşvilinin Ukraynaya ekstradisiyası mümkün deyilbackend

Kobaxidze: Saakaşvilinin Ukraynaya ekstradisiyası mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mixeil Saakaşvilinin Ukraynaya təhvil verilməsi mümkün deyil.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acarıstan televiziyasına müsahibəsində deyib.

O qeyd edib ki, Podalyak kimi insanların Saakaşvilinin Ukraynaya ekstradisiyası barədə danışması ciddiyə alına bilməz.

Qeyd edək ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Gürcüstanın “TV Pirveli” kanalına müsahibəsində bildirib ki, Kiyev Ukraynanın tamhüquqlu vətəndaşı olan Saakaşvilini Gürcüstandan çıxarmaq üçün fəal iş aparır. O, bu məsələnin Ukrayna gündəminin bir hissəsi olduğunu deyib.