Köçəryan: Ermənistan hər yerdə silah axtarırbackend

Köçəryan: Ermənistan hər yerdə silah axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan bütün ölkələrdə potensial olaraq ehtiyaclarını ödəyə biləcək silahlar axtarır. Bu ölkələr arasında Hindistan da var.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu sözləri “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, Ermənistan parlamentinin Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının sədri Andranik Köçəryan Hindistandan silah tədarükü ilə bağlı xəbərləri şərh edərkən deyib.

“Ermənistan bu silahların ölkəyə çatdırılması üçün mümkün olan və olmayan bütün vasitələrdən istifadə edəcək”, – deyə Köçəryan qeyd edib.

Juranlistlər Köçəryandan baş nazir Nikol Paşinyan hökumətin iclasında – “bir neçə yüz milyon dollarlıq ilkin sifariş verilsə də, Ermənistanın müttəfiqlərinin öhdəliklərini yerinə yetirmədiyini və silah tədarük etmədiyini”, – bildirərkən hansı ölkəni nəzərdə tutduğunu soruşublar.

Köçəryanın fikrincə, mötərizənin açılmasına ehtiyac yarandıqda, hakimiyyət bunu edəcək. Hələlik belə bir ehtiyac yoxdur.

Xatırladaq ki, Hindistanın “The Economic Times” nəşri daha əvvəl yazıb ki, İrəvan və Yeni Dehli təxminən 250 milyon dollar dəyərində silah və sursat tədarükü üçün müqavilə imzalayıblar. Hindistan tarixdə ilk dəfə olaraq özünün “Pinaka” reaktiv yaylım atəşi sistemlərini, eləcə də tank əleyhinə raketlər və digər döyüş sursatlarını Ermənistana ixrac etmək niyyətindədir.