Erməni deputat: Azərbaycanla dialoq aparılmalıdırbackend

Erməni deputat: Azərbaycanla dialoq aparılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının hakim “Mülki müqavilə” partiyasından olan deputatı Andranik Köçəryan Qarabağda yaramış vəziyyət barədə danışıb.

NOCOMMENT.az xəbər verir ki, A.Köçəryan avqustun 29-da jurnalistlərə müsahibəsində deyib ki, “Laçın dəhlizi” 9 noyabr tarixli bəyanata görə, fasiləsiz fəaliyyət göstərməli idi.

Amma əgər indi bu mümkün deyilsə, onda Xankəndidəki separatçı rejim təhlükəsizlik məsələlərinə zərər vermədən problem həll edən format tapmalıdır.

“Azərbaycanlılar indi başqa yol təklif edirlər. Problem mürəkkəbdir, lakin bu, “Artsax hakimiyyəti”nin səlahiyyətləri daxilindədir. Ermənistan hakimiyyəti hər şeyi etməlidir ki, “Artsax hakimiyyəti” özünü həll yolunu tapmaq yolunda inamlı hiss etsin”.

Köçəryan hesab edir ki, çətinliklərə baxmayaraq, Azərbaycanla dialoq aparmaq lazımdır

Deputat qondarma rejimin rəhbərləri arasında yaşanan intriqalara da toxunub. O, rusiyalı milyarder Ruben Vardanyanı və daha 7 nəfəri separatçıların başçısı Arayik Arutyunyana fəaliyyət göstərməyə mane olmaqda ittiham edib.

“Ruben Vardanyan kimi təmsil edir? Onun fəaliyyəti anlaşılmazdır. Bəs qalan yeddi nəfər kimlərdir? “Artsaxın seçilmiş prezidenti”ni istefaya məcbur edən keçmiş və ya indiki məmurlar kimlərdir? Bilirəm. Bu məlumat ictimaiyyətə açıqlanmalıdır. “Artsax”dakı qeyri-sabitliyin Ermənistana keçməsini istəyən bu adamlar, troya atları kimdir?”, – deyə Köçəryan qeyd edib.