Köçəryanın oğlu deputat statusu ALDI – KİVbackend

Köçəryanın oğlu deputat statusu ALDI – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan MSK-nın çağırdığı növbədənkənar sessiyada deputat statusu alıb.

NOCOMMENT.az “Hraparak”a istinadən bu barədə məlumat verir.

“İki aya yaxındır ki, davam edən həbs qətimkan tədbiri ləğv edilir. Bir müddət əvvəl “Ermənistan” fraksiyasının deputatı Armen Çarçyanın deputat mandatını tərk etdiyi barədə məlumat vermişdik.

Noyabrın 3-də məlum olub ki, “Hayastan” blokunun seçkiqabağı siyahısındakı deputatlığa namizədlər Miqrdat Madatyan, Angela Nalbandyan və Gerasim Vardanyan Mərkəzi Seçki Komissiyasına müraciət edərək, geri çəkilmək üçün ərizə veriblər”.

Qeyd edək ki, Levon Köçəryan bu ilin sentyabrın 25-də həbs edilib.