Komitə məktəbli qızın ərə verilməsini ARAŞDIRIBbackend

Komitə məktəbli qızın ərə verilməsini ARAŞDIRIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkirdə 14 yaşlı qızın 26 yaşlı əmisi oğlu ilə nişanlanması faktını araşdırıb.

NOCOMMENT xəbər verir ki, bu barədə modern-əKomitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

T.Mərdanoğlu qeyd edib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasimi olduğu bildirilən yeniyetmə qızın evində olublar: “Qızın ailəsi hələlik elçilik mərasimi keçirildiyini, yaxın günlərdə isə nişan mərasimi etmək niyyətində olduğlarını bildiriblər. Yeniyetmənin valideynləri toy mərasiminin qanunun tələbinə uyğun olaraq qızlarının 18 yaşı tamam olduqdan sonra keçirəcəyini bildiriblər. Qızın və oğlanın valideynləri polis şöbəsinə dəvət olunublar, onlarla profilaktik söhbət aparılıb, qanunun tələbləri bir daha onlara izah olunub” .