Koroğlu metrosunun ətrafında yaşanan sərnişin xaosu nə vaxt bitəcək? – VİDEObackend

Koroğlu metrosunun ətrafında yaşanan sərnişin xaosu nə vaxt bitəcək? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir tərəfdə saatlarla avtobus gözləyən sərnişinlərin izdihamı, digər tərəfdə yolun hərəkət hissəsini zəbt etməklə uzun-uzadı tıxac yaradan taksi sürücüləri…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Koroğlu metrostansiyasının ətrafındandır. Sakinlərin sözlərinə görə, burada hər gün pik saastlarda belə vəziyyət yaranır.

Sərnişinlər deyirlər ki, axşam saatlarında bu məntəqədən avtobusa minmək üçün əsl ölüm-dirim mübarizəsi aparırlar.

Avtobus sürücüləri isə gecikmənin səbəbi kimi mübadilə mərkəzinə giriş hissəni taksilərin zəbt etməsini və buna görə də hərəkətin çətinləşməsini göstərirlər.

Taksi sürücüləri isə bildirirlər ki, metrostansiyanın ətrafında dayanmaları üçün yer olmadığından məcburən hərəkət zolağını zəbt ediblər.

Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, günün pik saatlarında bəzi küçə və prospektlərdə yaranan nəqliyyat sıxlığı avtobusların gecikməsinə və sərnişin sıxlığına səbəb olur

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə qeyd edildi ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində sıxlığın qarşısının alınması üçün nəzarət gücləndirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.