Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan heç kim vəfat etməyib.
İndiyədək ölkədə ümumilikdə 792 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 375 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 211 nəfər təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 775, bu günə qədər isə ümumilikdə 6 750 860 test icra olunub.