Koronavirusa qarşı peyvəndə BAŞLAYAN ölkələrin sayı açıqlandıbackend

Koronavirusa qarşı peyvəndə BAŞLAYAN ölkələrin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

36-sı yüksək, 6-sı orta gəlirli olan 42 ölkədə COVİD-19-a qarşı vaksinasiya başlayıb.

NOCOMMENT modern.az-a xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında qeyd edilib. ÜST rəsmiləri aşağı və orta gəlirli ölkələrin əksəriyyətinin vaksinasiyaya maddi imkanı olmamağından narahatlıq ifadə ediblər.

ÜST baş direktoru Tedros Adhanomun sözlərinə görə, kasıb ölkələr vaksin ala bilmədiyi halda, varlı dövlətlər COVİD-19 peyvəndlərinin çoxunu artıq satın alıblar: “Zəngin və orta gəlirli ölkələrin vaksin istehsal edən şirkətlərlə əlavə ikitərəfli razılaşmasının olması isə vaksinin qiymətinin artmasına səbəb olur. Nəticədə COVİD-19-a yoluxma ilə bağlı risk qrupuna daxil olan insanların əksəriyyəti vaksinasiyadan kənarda qala bilər. Peyvənd təəssübkeşliyi hamımızı incidir və özümüzü məhv edirik.

Təşkilat rəsmisi qeyd edib ki, dünyadakı yüksək gəlirli ölkələrin yüzdə 50-sində vaksinasiya həyata keçirilir: “Aşağı gəlirli ölkələrin isə heç biri bu prosesə başlamayıb. Qeyri-bərabər giriş var. Orta gəlirli ölkələrin yüzdə 6-sı peyvənd olunur. Xəritənin rəngini dəyişdirməliyik”.