Koronavirusdan sağalmış şəxslər də peyvənd olunsun – ÜSTbackend

Koronavirusdan sağalmış şəxslər də peyvənd olunsun – ÜST

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxub sağalmış şəxslərə peyvənd olunmağı tövsiyə edir.

NOCOMMENT.az xəbər verir ki, bunu ÜST-ün baş elmi işçisi Sumya Svaminatan deyib.

Onun sözlərinə görə, virusa yoluxmuş şəxslərin böyük əksəriyyətində immun reaksiyası yaranır, amma bəzi şəxslərdə bu reaksiya zəif inkişaf edir:

“Söhbət xüsusilə, xəstəliyi simptomsuz keçirmiş şəxslərdən gedir. Bəzi hallarda xəstəlik zəif keçir və şəxs COVİD-19-a yoluxduğunu bilmir. Ona görə də ÜST yoluxub sağalmış şəxslərə də peyvənd olunmağı tövsiyə edir”
Modern.az