Korotçenko: Əliyev və Nikola baxın – duruşları hər şeyi deyirbackend

Korotçenko: Əliyev və Nikola baxın – duruşları hər şeyi deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın mövqeyi ənənəvi olaraq erməni mövqeyindən üstün idi. İlham Əliyev yenə də güclü mövqedən çıxış edirdi. Göründüyü kimi, Paşinyanın qaldırdığı suallar dinlənilsə də, aktiv müzakirəyə səbəb olmadı.

NOCOMMENT.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko 15 iyulda Brüsseldə keçirilən danışıqların nəticələrini şərh edərkən deyib.

“Hətta zahiri baxanda, protokol fotoşəkillərindən, eləcə də video kadrlardan Azərbaycan Prezidenti İlham Əliyevin özünü necə sərbəst, rahat aparması hiss olunur, üzündə təbəssüm var. Və bu fonda Ermənistanın Baş naziri Nikol Paşinyan daşlaşmış siması ilə, fərəqət mövqeyində özünü narahat hiss edirdi. Bu, həm də Azərbaycan mövqeyinin, Azərbaycan yanaşmasının daha haqlı, daha fundamental və reallıqlara cavab verməsi ilə bağlı səsləndirdiyim tezislərin göstəricisidir”, – o bildirib.