Korotçenko: Fransanın bu addımı Bakıya açıq təhqirdirbackend

Korotçenko: Fransanın bu addımı Bakıya açıq təhqirdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa növbəti təxribatı ilə öz qərəzli mövqeyini ortaya qoydu və özünü ATƏT-in Minsk Qrupundan kənarda saxladı. Bu, Azərbaycana olan açıq-aşkar təhqirdir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur rusiyalı hərbi ekspert İqor Korotçenko “Vestnik Kavkaza” nəşrinə açıqlamasında deyib.

“Fransa bundan əvvəl də bitərəfliyə əməl etməyərək, Ermənistanın maraqlarına açıq şəkildə lobbiçilik edib. Ümumiyyətlə, qətnamənin imzalanması ağılsız hərəkətdir, onun nəticələri Parisin maraqlarına zərbə vuracaq. Aydındır ki, Azərbaycan Fransanın onun tərəfdaşı olub-olmadığı barədə müvafiq nəticələr çıxaracaq. Fransa biznesi Azərbaycanda müəyyən çətinliklərlə rastlaşa bilər. Rəsmi Bakının milli maraqların qorunması əsasında lazımi şəkildə buna reaksiya vermək üçün əsasları var”, – Korotçenko əlavə edib.