Körpənin öldürülməsi ilə bağlı cinayət işi başlanılıbbackend

Körpənin öldürülməsi ilə bağlı cinayət işi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda körpənin ehtiyatsızlıqdan öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.

Yasamal Rayon Prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, bu il iyulun 26-da “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” Publik Hüquqi Şəxsin doğum şöbəsində anadan olmuş uşağın ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilsə də, yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olan infeksion yoluxma baş vermiş və nəticədə uşaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.