Kranın üzərinə çıxan oğlan özünü 7 saat sonra atıb – VİDEObackend

Kranın üzərinə çıxan oğlan özünü 7 saat sonra atıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Masazır qəsəbəsində gənc krana çıxaraq intihar edəcəyini bildirib, onu bu fikrindən daşındırmaq üçün xilasedicilər onunla saatlarla söhbət aparıblar.

NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, bu cəhdlərin faydası olmayıb. Belə ki, həmin şəxs 7 saat sonra özünü atıb və hadisə yerində vəfat edib. Araşdırmalar nəticəsində intihar edən gəncin, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Yusifov Mikayıl Mehman oğlu olması üzə çıxıb. Onun intiharı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, Mikayıl Yusifov sentyabrın 17-də səhər saat 8 radələrində Masazırda yeni tikilən binanın kənarındakı yük kranının üstünə çıxıb. Onun intiharının qarşısını almaq üçün əraziyə xilasedicilər, psixoloqlar və Mikayılı tanıyan şəxslər dəvət edilsələr də, 6-7 saat ərzində aparılmış söhbətlər nəticə verməyib. Yekunda 23 yaşlı oğlan saat 14 radələrində özünü ataraq həyatına son qoyub.

M.Yusifovin sevdiyi xanıma görə bu addımı atdığı bildirilir.