Kredit götürən şəxs dünyasını dəyişərsə, borcu kim ödəməlidir?backend

Kredit götürən şəxs dünyasını dəyişərsə, borcu kim ödəməlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kredit götürən şəxs vəfat etdikdə, əgər kredit məbləği tam və ya qismən sığortalanıbsa, sığorta şirkəti həmin nisbətdə məbləği ödəməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu iqtisadiyyat.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, kredit məbləği sığrtalanmadıqda isə, həmin kreditlə bağlı zamin və ya zaminlər varsa, adətən bank ödənişləri həmin zamin(lər)dən tutulmaya yönəldir.

Hüquqşünas deyir ki, zamin də olmadıqda, bank kredit götürdükdən sonra dünyasını dəyişmiş şəxsin mirasını qəbul etmiş şəxslərdən kredit məbləğini tələb edə bilər:

“Yəni vəfat etmiş borclunun krediti Mülki Məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilməlidir. Bu əmlak onun vərəsələrinə keçdikdə, vərəsələr kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Yəni öz əmlakları ilə yox, yalnız miras kimi qalmış əmlakla borcu ödəməlidirlər. Çünki Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”.

“Həmçinin vəfat edən şəxsin əvəzinə borcu ödəmiş zamin(lər) də vərəsələrdən həmin məbləği tələb etmək hüququna malikdirlər. Əgər vəfat edən şəxsin mirası yoxdursa, yaxud vərəsələri mirası qəbul etmirlərsə, o halda bank vərəsə hesab edilən şəxslərdən kreditin ödənişi tələb edilə bilməz”, – R.Əliyev əlavə edib.