Yaponiya Ukraynaya yardımın həcmini açıqlayıbbackend

Yaponiya Ukraynaya yardımın həcmini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Ukraynaya elan etdiyi yardımın həcmi hazırda 12,1 milyard dollar təşkil edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Yosimasa Hayaşi mətbuat konfransında bildirib.

O, Yaponiyanın “Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün” ilk növbədə ABŞ və G7 ölkələri, eləcə də tərəfdaş ölkələrlə qarşılıqlı əlaqəni davam etdirəcəyini vurğulayıb.

Tokio daha əvvəl 7,6 milyard dollar məbləğində yardım elan etmişdi.

Martın 24-də Ali Radanın Vergi Komitəsinin rəhbəri Daniil Getmantsev Ukraynanın Yaponiyadan 230 milyon dollar məbləğində növbəti kredit aldığını bildirib.