Kreditlə 2 qatına baha satılan MƏNZİLLƏR: 100 minə alınan evlər 300 minə BAŞA GƏLİRbackend

Kreditlə 2 qatına baha satılan MƏNZİLLƏR: 100 minə alınan evlər 300 minə BAŞA GƏLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fərdi yaşayış evlərinin kreditlə alınmasının vətəndaşlara faiz məbləğindən asılı olaraq sərf edəni də var, sərf etməyəni də. Təbii ki, ən ucuz olan aşağı olduğuna görə dövlət ipotekası və İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən kredit faizləridir. Bu güzəştli şərtlərlə 4, digərində isə 8 faizli olduğuna görə uyğundur və vətəndaşlar tərəfindən ən çox müraciət edilənlərdəndir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Referans.az-a əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə kreditlə əldə edilən evlərin satış dəyərindən danışarkən deyib.

Ekspert bəzi vacib məqamlara diqqət çəkib:

“Doğrudur, sadəcə daha da artıq ola bilərdi müraciətlərin sayı. Orada bəzi limitlər var. Xüsusilə burada ən əsas məqam vətəndaşların rəsmi gəlirlərinin olması məqamıdır ki, sırf İpoteka və Kredit Zəmanət Fondu rəsmi gəlirləri olan və banklar tərəfindən ehtiyac meyarını üstələyən vətəndaşlara fərdi yaşayış evlərini kreditlə satılmasını həyata keçirə bilirlər. Yəni vətəndaş ipoteka ilə evi ala bilir. Digər kredit növləri də var, bu birbaşa olaraq hər hansı mənzil tikinti korperativin banklarla həyata keçirdiyi satış növləridir. Buradakı faizlər daha yüksəkdir. Təxminən layihədən asılı olaraq 12 faizdən başlayaraq, illik 13 faizdən daha yuxarı məbləğə verilən kreditlərdir. Əlbəttə ki, buarada vətəndaşların xərcləri daha çox çıxır. Reallıqda götürsək, bu, evin qiymətindən, kredit məbləğindən asılı olaraq başa gəlmə dəyəri də fərqlidir”.

Ekspert əl, cib, hətta ömür yandıran ev kreditlərinin vətəndaşa neçəyə başa gəlməsindən danışıb:

“Adətən İpoteka və Kredit Zəmənət Fondu ilə 25 il müddətinə vətəndaş hansısa evi 100 min manata əldə edirsə, onun evi ümumilikdə 25 il müddətinə təxminən 170-180 min manata başa gəlir. Amma, 100 minlik evi kommersiya kreditləri ilə olanlarda təxminən 250-300 min aralığında vətəndaşa başa gəlir. Hər hansı evin müddətdən asılı olaraq ödənilmə məbləği daha artıq olur”.