Kreml: NATO bizə düşmən olan təşkilatdırbackend

Kreml: NATO bizə düşmən olan təşkilatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov NATO-nun Rusiya ilə Ukrayna arasındakı münaqişədə iştirakını davam etdirdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov gündəmdəki müxtəlif mövzularda qiymətləndirmələr aparıb.

“NATO bizə düşmən olan bir təşkilatdır və onlar Ukraynadakı münaqişələrdə iştiraklarını göstərmək üçün əllərindən gələni edərək hər gün düşmənçiliklərini bir daha təsdiqləyirlər” deyə Peskov açıqlama verib.

Rusiyada bir çox firmanın rus ordusuna müxtəlif dəstəklər verdiyini açıqlayan Peskov, “Ciddi miqdarda pul bağışlayır, texnika təmir edir, əsgərlərə kömək edir və təkmilləşdirirlər”.

NOCOMMENT.AZ