Kreml Paşinyanın iradlarına cavab verdibackend

Kreml Paşinyanın iradlarına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Ermənistanın həm bu təşkilat çərçivəsində, həm də ikitərəfli əsasda KTMT-də gələcək iştirakı məsələsində İrəvanla dialoqa hazırdır.

NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Martın 12-də Ermənistanın baş naziri deyib ki, KTMT-nin Ermənistandakı məsuliyyət zonası ilə bağlı qənaətbəxş cavablar almasa, ölkəsi KTMT-dən çıxacaq.

Kreml nümayəndəsi bununla bağlı deyib: “Əlbəttə, bu bəyanatları eşitdik, açıq-aydın görünür ki, qarşıda çox iş var, həm KTMT çərçivəsində, həm də ikitərəfli səviyyədə. Hörmətli baş nazirin verdiyi açıqlamalar istiqamətində dəqiqləşdirəcək və danışacağıq”, – deyə Peskov vurğulayıb.

Moskvanın KTMT-nin fövqəladə sammitinin çağırılmasını zəruri hesab edib-etməməsi ilə bağlı suala Peskov belə cavab verib: “Bunu KTMT-dən soruşmaq lazımdır, biz KTMT adından danışa bilmərik”.