Krımın qaytarılması ilə bağlı plan iflasa uğrayacaq – Lavrovbackend

Krımın qaytarılması ilə bağlı plan iflasa uğrayacaq – Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenskinin Krımın qaytarılması ilə bağlı planın iflasa uğrayacağını proqnozlaşdırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Zelenski deyir ki, onlar qalib gələcəklər… və bütün torpaqlarını alacaqlar. O cümlədən Krım… Mən belə bir planın iflasa uğrayacağına şübhə etmirəm”, – deyə nazir bildirib.

O, həmçinin Zelenskinin “yarımadanın tarixini unutduğuna” eyham vurub.

Qeyd edək ki, “Financial Times”a müsahibəsində Zelenski Krımın qeyri-hərbi yolla ölkəyə ilhaqını nəzərdə tutan variantları nəzərdən keçirmək və müzakirə etməkdən çəkinməyəcəyini bildirib.
Teleqraf